az | ru | en

31 mart 2023

TARİXİ YADDAŞIMIZDAN SİLİNMƏYƏN
31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ


1918-ci il 30 mart - 3 aprel tarixlərində üç gün davam edən qırğın zamanı Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Kürdəmirdə, Qarabağda, Zəngəzurda və digər bölgələrdə on minlərlə dinc adam vəhşicəsinə qətlə yetirilmiş, yaşayış məskənləri, şəhər, kənd və qəsəbələr dağıdılaraq viran qoyulmuşdur. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
30 mart 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində bununla əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. "Tarixi Yaddaşımızdan Silinməyən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" mövzusunda çıxış edilmiş, soyqırım hadisələrini əks etdirən videokadrlar nümayiş olunmuşdur.
Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas fortepiano kafedrası tələbələrinin ifasında soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi proqramı ilə davam etmişdir.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.