az | ru | en


3 mart 2023

"USTAD XATİRƏLƏRDƏ" ADLI TƏDBİR


3 mart 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Respublikası İrsimizin tədqiqi və Təbliği İctimai Birliyi ilə birgə görkəmli mədəniyyət xadimi, xanəndə, bəstəkar və pedaqoq, Xalq artisti Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş "Ustad xatirələrdə" adlı tədbir keçirilmişdir.
Görkəmli muğam ustadı, Xalq artisti, professor Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Əlibaba Məmmədov milli ifaçılıq sənətinin inkişafına mühüm töhfələr verib, yeni xanəndələr nəsli yetişdirib, eyni zamanda bəstələdiyi mahnı və təsniflərlə musiqi tariximizdə silinməz iz qoymuşdur. Xanəndənin ifasında "Bayatı-Şiraz", "Dəşti", "Şur" və başqa muğam və təsniflər Azərbaycan Radiosunun "qızıl fondu"nda qorunub saxlanılır. Əlibaba Məmmədov həm də 100-dən çox mahnı və təsnifin müəllifidir.
Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş tədbirdə Səadət Təhmirazqızının müəllifi olduğu "Ustad xatirələrdə" kitabının təqdimatı keçirilmiş və onun ssenari müəllifi olduğu unudulmaz xanəndənin yaradıcılığına həsr olunmuş "Bizim ustad" sənədli filmi nümayiş olunmuşdur.
Tədbirdə musiqi ictimaiyyəti - Əlibaba Məmmədovun sənət dostları, tələbələri, muğam ifaçıları, musiqiçilər iştirak etmiş, xanəndə ilə bağlı xatirələrini bölüşmüşlər. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Əlibaba Məmmədovun həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.