az | ru | en

3 noyabr 2022

8 NOYABR - ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ KONSERT


8 NOYABR - ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ KONSERT
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışdır. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən mühüm amillər oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər günü kimi qeyd edilir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.
3 noyabr 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Zəfər Günü münasibətilə tədbir keçirilmişdir.
Giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir.
Tədbir bəstəkar, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudovun 44 günlük müharibədə qələbəmizə həsr olunmuş "Qarabağa yürüş" simfonik əsərinin videoyazısı ilə başlamışdır. Muzeyin elmi işçisi Azər Həsənov "8 Noyabr – Şanlı zəfər tariximiz" mövzusunda, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə şanlı qələbəmiz haqqında çıxış etmişlər.
Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas fortepiano kafedrasının müəllimləri – professor Ülviyyə Hacıbəyovanın, baş müəllim Sevda Məmmədlinin və akademiyanın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, professorlar - Xalq artisti Ülviyyə Hacıbəyova, Xalq artisti Yeganə Axundova, Nəzakət Rimazi, Könül Hüseynova, Afaq Rüstəmova, dosent Nərgiz Salmanlı, dosent Züleyxa Abdulla, baş müəllimlər Zərif Kərimova, Sevda Məmmədlinin tələbələrinin ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.