28 oktyabr 2022
"VƏTƏNİM AZƏRBAYCANDIR! HACIBƏYOVLAR: NİYAZİ" ADLI TƏDBİR
28 oktyabr 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Maestro Niyazinin anadan olmasının 110 illiyi çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə növbəti "Vətənim Azərbaycandır! Hacıbəyovlar: Niyazi" adlı tədbir keçirilmişdir.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə açmışdır. Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu, Xalq artisti Ülviyyə Hacıbəyovaya çıxış etmişdir.
Tədbirdə Xalq artisti Ülviyyə Hacıbəyova və Bakı Musiqi Akademiyasının İxtisas fortepiano kafedrasının tələbələrinin ifasında Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Fərhad Bədəlbəyli, o cümlədən Fikrət Əmirov, Zakir Bağırov, Faiq Sücəddinov, İlham Abdullayevin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdır. Bütün çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında mövzu üzrə hazırlanmış slayd-şou ilə mü
Tədbirlər
|