az | ru | en

6 oktyabr 2022

ƏHMƏDXAN BAKIXANOV – 130


6 oktyabr 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tarzən, pedaqoq, musiqi xadimi, Azərbaycanın Əməkdar müəllimi, Azərbaycanın Xalq artisti Əhmədxan Bakıxanovun 130 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Tədbirin aparıcısı, muzeyin direktor müavini Təranə Zeynalova Əhmədxan Bakıxanovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir.
Tədbirdə Xalq artisti, professor, bəstəkar, tarzənin oğlu Tofiq Bakıxanov, Xalq artisti, tarzən, Ramiz Quliyev, Xalq artisti, tarzən Möhlət Müslümov, Xalq artisti, kamança ifaçısı Fəxrəddin Dadaşov, Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsinin müdiri Cəfər Qafarlı, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə çıxış etmişlər.
Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının artist-ifaçısı, Əməkdar artist, tarzən Davud Abdullayev, xanəndə Hüseyn Məlikov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əhmədxan Bakıxanovun 120 illik yubileyinə həsr olunmuş müsabiqənin 1-ci yer mükafatıçısı Səxavət Məmmədov, Musiqi Kollecinin tələbələri, Əhməd Bakıxanov adına 6 saylı musiqi məktəbinin müəllim və tələbələrinin ifasında konsert proqramı təqdim edilmiş, muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Əhməd Bakıxanov – 130” slayd-şou nümayiş olunmuşdur.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.