az | ru | en

29 sentyabr 2022

GÖRKƏMLİ BƏSTƏKAR, AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQININ SƏDRİ, XALQ ARTİSTİ, PROFESSOR, ŞÖHRƏT ORDENLİ, UNESCO-nun SÜLH ARTİSTİ FİRƏNGİZ ƏLİZADƏ İLƏ YARADICILIQ GÖRÜŞÜ


29 sentyabr 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Musiqi Günü ərəfəsində görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqinin sədri, Xalq artisti, professor, Şöhrət ordenli, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə ilə yaradıcılıq görüşü keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Tədbirdə ZEYNJ studiyasının istehsalı olan “Firəngiz Əlizadənin yaradıcılıq səhifələri” sənədli filminin təqdimatı keçirilmişdir.
Filmin nümayişindən sonra Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Xalq artisti, tarzən Ramiz Quliyev, Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə çıxış edərək film haqqında təəssüratlarını bölüşmüş, Firəngiz Əlizadənin Azərbaycan musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətlərindən danışmışlar. Azərbaycan Respublikasının Əməkdar artisti Rəna Rzayeva Firəngiz Əlizadənin “Music for Piano” əsərini ifa etmişdir. Sonda Firəngiz Əlizadə gələcək yaradıcılıq planlarından danışmışdır.
Bu gün “Firəngiz Əlizadənin yaradıcılıq səhifələri” sənədli filminin təqdimatı çərçivəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə muzeyin ekspozisiyası ilə tanış olmuşdur.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.