az | ru | en

27 sentyabr 2022

27 SENTYABR - AZƏRBAYCAN RESPUBLİKASINDA ANIM GÜNÜ


ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!
27 sentyabr 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Respublikasında Anım Günü münasibətilə tədbir keçirilmişdir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığı ilə nəticələndi.
Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Təəssüf ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı.
Bu il sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub, 281-i yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır. Torpaq uğrunda ölən varsa, Vətəndir!
Anım tədbiri Azərbaycan Respublikasının himninin ifası ilə başlamışdır. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Vətən şəhidləri bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva dövlətçilik tariximizin ən şərəfli səhifələrindən olan II Qarabağ müharibəsi, Vətən müharibəsində döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlıqları haqqında çıxış etmişdir.
Daha sonra Respublika və Beynəlxalq Müsabiqələrin laureatları: Bakı Musiqi Akademiyasının məzunları Maqsud Musazadə (f-no), Samirə Rəhimova (f-no), Rəna Zəkiyeva, AMK nəzdində Musiqi Kollecinin tələbəsi Elton Şıxəliyev (tar), Bülbül adına Orta İxtisas Musiqi şagirdi, Respublika və Beynəlxalq Müsabiqələr laureatı Tuncay Əşrəfli (tar), Əli Vahidov (f-no) və Rafiq Ağayevin (vokal) ifalarında Qarabağın azadlığı uğrunda canlarından keçmiş bütün vətən şəhidlərinə həsr olunmuş musiqi proqramı səslənmişdir. II Qarabağ müharibəsində, 12-14 sentyabr 2022-ci il döyüşlərində şəhid olan igidlərimizin adları və şəkillərindən ibarət videoçarx musiqi proqramı ilə müşayiət olunmuşur. Tədbirdə II Qarabağ müharibəsi qazisi Sübhan Xankişiyev çıxış edərək, muzeyə göstərilən diqqətə və təşkil olunan tədbirə görə minnətdarlığını bildirdi.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.