az | ru | en

17 avqust 2026




17 avqust 2026-cı il tarixində, dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü günündə Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış sənət xadimləri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyi və əməkdaşları I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət etmişlər. Muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkar haqqında ürək sözlərini bölüşmüş, Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskayaya Müslüm Maqomayevin babası, görkəmli bəstəkar Müslüm Maqomayevin anadan olmasının 140 illiyinə həsr olunmuş muzeyin zəngin kolleksiyaları əsasında nəşr etdirdiyi "Müslüm Maqomayev. Bəstəkarın yaşadığı dövrə aid materiallar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında" kitabını hədiyyə etmişdir.






Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.