az | ru | en

2 avqust 2026


MAESTRO NİYAZİNİN ANIM GÜNÜ


2 avqust 2026-cı il tarixində görkəmli Azərbaycan dirijoru və bəstəkarı, Xalq artisti, Azərbaycan Dövlət mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq Mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, Hacıbəylilər nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatının 42-ci ildönümüdür.
Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı olan Niyazinin Mənzil Muzeyinin rəhbərliyi və əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri səhər saatlarında Fəxri xiyabanda Maestro Niyazinin, həmçinin Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun məzarlarını ziyarət etmişlər.
Muzeydə "Açıq qapı" günü elan edilmişdir. Ziyarətçilərə Maestro Niyazinin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmlər nümayiş ediləcək və dahi sənətkarın zəngin irsi ilə daha yaxından tanış olmaq imkanı yaradılacaqdır.






Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.