az | ru | en

10 iyun 2026




18 may - 18 iyun tarixləri "İnsan Hüquqları Aylığı" çərçivəsində təlim keçirilmişdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixində "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunduğu nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir.
10 iyun 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə İnsan Hüquqları Aylığı çərçivəsində insan hüquqlarına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Hüquq və İnsan Haqqları İnistitunun rəhbərliyinin dəstəyi ilə baş tutmuşdur.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova insan hüquqlarının cəmiyyətdəki əhəmiyyəti barədə fikirlərini iştirakçılarla bölüşmüşdür.
Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək insan hüquqlarının müdafiəsi dövlət və cəmiyyət üçün əhəmiyyətindən bəhs etmişdir.
Həmçinin, Hüquq və kadrlar şöbəsinin müdiri İsaməddin Xamoyev, Hüquq tədqiqat şöbəsinin müdiri Zümrüd Əlizadə çıxış edərək insan hüquqları sahəsində mövcud qanunvericilik, vətəndaşların hüquq və azadlıqları, eləcə də bu sahədə aparılan islahatlar haqqında iştirakçılar üçün təqdimatla çıxış etmiş və təlim keçirmişlər.
Təlimdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları iştirak etmişlər.
Təlim çərçivəsində iştirakçılarla mövzu ətrafında geniş müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.





Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.