az | ru | en

9 iyun 2026




9 iyun 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində "Üçüncü Bahar" İctimai Birliyinin üzvləri ilə görüş keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova və Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov çıxış edərək qonaqları salamlamışlar.
Həmçinin dahi bəstəkar və dirijor Niyazinin zəngin yaradıcılığı və sənət irsi ilə yaxından tanış olmaq üçün muzeyin şöbə müdiri Əzirə Abdullayeva və əməkdaşı Xanımbacı Abdinova tərəfindən qonaqlar üçün ətraflı ekskursiya aparılmışdır.
Tədbirdə iştirak edən SSRİ Xalq artisti Lütfiyar İmanovun oğlu Rauf İmanov Maestro Niyazi haqqında xatirələrini bölüşmüş, Qarabağ xanəndəsi Bülbülcanın nəticəsi Tərlan Kövrək Zülalov Niyaziyə həsr etdiyi musiqi nömrəsinin audio ifasını qonaqlara təqdim etmişdir.
Tədbirin sonunda Niyazinin həyat və yaradıcılığı ilə bağlı sənədli film nümayiş olunmuşdur.





Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.