13 may 2026
Qara Qarayevin anım günü
13 may 2026-cı il tarixində görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycan EA-nın akademiki, Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin vəfatının 44-cü ildönümü münasibəti ilə səhər saatlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyi və əməkdaşları dahi bəstəkarın Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova və musiqişünas, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova, Bakı Musiqi Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə Qara Qarayev haqqında çıxış edərək öz xatirələrini bölüşmüşlər
Ümumi xəbərlər
|