Mayın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində "Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar" adlı beynəlxalq elmi dəyirmi masa keçirilib.
Tədbirdə TÜRKSOY Muzeylər Birliyinin Baş koordinatoru, TÜRKSOY-un şöbə müdiri Cavid Mövsümlü və TÜRKSOY Muzeylər Birliyinin Azərbaycan üzrə koordinatoru Şirin Məlikova tərəfindən TÜRKSOY Muzeylər Birliyinin üzvlük sertifikatı Azərbaycan Milli Xalça Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Kamil Əliyevin "Qızılı Xalçalar" Qalereyasına təqdim olunub.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.