20 aprel 2026
Xurşid Ağayeva - 120 (20.04.1906 - 03.12.1953)
Bu gün ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycan SSR əməkdar incəsənət xadimi Xurşid Həsən bəy qızı Ağayevanın anadan olmasının 120 illik yubileyidir.
Xurşid Ağayeva 20 aprel 1906-cı ildə anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor olmuşdur.
Xurşid Ağayeva 1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.
O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır.
Xurşid Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan xadimi musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" əsərinin müəllifidir.
Xurşid Ağayeva 3 dekabr 1953-cü ildə vəfat edib.
Azərbaycan Musiqi Mədəniyyəti dövlət Muzeyinin zəngin kolleksiyalarından Xurşid Ağayevaya aid bəzi materialları sizə təqdim edirik.
Ümumi xəbərlər
|