18 aprel Beynəlxalq Ev Muzeyləri Günü münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialları olan Niyazi Mənzil Muzeyi və Qara Qarayevin Ev Muzeyini Sirr Art Tədris Mərkəzinin kollektivi və rəhbəri Ərkinaz Salmanzadə ziyarət etmişlər.
Qonaqlar ekspozisiyalarla yaxından tanış olmuş, ziyarətin sonunda isə mərkəzin rəhbəri Ərkinaz Salmanzadə müəllifi olduğu "Qara Qarayev" (karandaş, kağız, 23x32 sm. 2026), "Maestro Niyazi və həyat yoldaşı Həcər xanım (karandaş, kağız. 23x32 sm. 2026)" qrafik rəsm əsərlərini hədiyyə etmişdir.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.