az | ru | en

16 aprel 2026


QƏMBƏR HÜSEYNLİ - 110 (16.04.1916-31.07.1961)


Bu gün Azərbaycan bəstəkarı, Azərbaycan Əməkdar İncəsənət xadimi, Gəncə Dövlət Filarmoniyanın və Azərbaycan Dövlət Radio Verlişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Qəmbər Hüseynlinin doğum günüdür.
Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Qəmbər 1925-ci ildə Gəncədə birinci dərəcəli məktəbdə təhsil almağa başlamışdır. O, 1927-ci ildə orta məktəbdə oxuyarkən, Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub. 1929-1934-cü illərdə isə Gəncə pedaqoji texnikumunda təhsil alıb. 1939-cu ildə Qəmbər Hüseynli Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilib. O, burada bir il çalışıb, sonra yenidən Bakıya qayıdıb. Bir müddət sonra, Qəmbər "Sazçı Qızlar" ansamblının təşkilatçısı və bədii rəhbəri kimi fəaliyyətə başlayıb.
Qəmbər Hüseynlinin ən məhşur əsərləri "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" sayılır. O,1961-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilib.
Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Bu mahnı "Dünyanın ən yaxşı uşaq mahnıları" albomuna daxil edilib.
Qəmbər Hüseynli ağır xəstəlikdən 31 iyul 1961-ci ildə 45 yaşında Bakıda vəfat edib və Gəncədə dəfn edilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Qəmbər Hüseynliyə aid bəzi materiallarını sizə təqdim edirik.





Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.