|
15 aprel 2026
15 aprel 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayev Ev Muzeyində 18-19 aprel Beynəlxalq Ev Muzeyləri Gününün qeyd edilməsi ilə bağlı muzey direktorları ilə görüş keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Görüşdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialları Niyazinin Mənzil Muzeyinin müdiri Rza Bayramov, Vaqif Mustafazadənin Ev Muzeyinin müdiri Afaq Əliyeva, Xalq çalğı Alətləri daimi sərgisinin müdiri Nigar Kərimli, Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə, Cəfər Cabbarlının Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilov, Məmməd Səid Ordubadinin Ev Muzeyinin direktoru Rasimə Əhmədova, Rəsul Rzanın Ev Muzeyinin direktoru Fidan Rzayeva, Hüseyn Cavidin Ev Muzeyinin direktoru Validə Həsənova, Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova, Səttar Bəhlulzadənin Ev Muzeyinin direktoru Pərzad Abdinova iştirak etmiş və qarşılıqlı fikir mübadsiləsi aparılmışdır.
Ümumi xəbərlər
|
|
|