az | ru | en

5 aprel 2026


Oqtay Rəcəbov - 85
(05.04.1941-15.12.2022)


5 aprel Azərbaycan musiqi mədəniyyətində öz dəsti xətti ilə seçilən bəstəkar, Əməkdar incəsənət xadimi, pedaqoji elmlər doktoru, professor, prezident təqaüdçüsü, Rusiya Pedaqoji və sosial Elmləri akademiyasının akademiki, Azərbaycan əməkdar müəllimi Oqtay Məmmədağa oğlu Rəcəbovun doğum günüdür. Bəstəkar Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.
Ü.Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olmuşdur. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.
Oqtay Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub. Onun uşaq mahnıları, əsasən vətənpərvərlik, Flora və fauna, rəqəmlər və vurma cədvəli kimi mövzuları əhatə edib.
Oqtay Rəcəbov 2022-ci ilin dekabrın 15-i vəfat edib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Oqtay Rəcəbova aid bəzi materialları sizə təqdim edirik.





Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.