az | ru | en

10 mart 2025


MİLLİ TEATR GÜNÜ


10 Mart Azərbaycan teatrı yaranmasının 152-ci ildönümünü qeyd edir.
XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının böyük əməyi olmuşdur.
Musiqi teatr tamaşalarının ideyasının açılmasında əsas komponentlərdən biridir. Tamaşanın dramaturji inkişafında hadisələrin real məcrada cərəyan etməsində aparıcı qüvvədir. Azərbaycan bəstəkarlıq məktəbinin demək olar ki, bütün nümayəndələrinin yaradıcılıq fəaliyyətində dram tamaşalarına musiqi, opera və operetta janrı yer almışdır.
Azərbaycan vokal sənətinin bir çox parlaq ustalarının istedadı inkişaf edərək yüksək zirvəyə çatmışdır. Onlardan Bülbül, Ş.Məmmədova, F.Muxtarova, H.Rzayeva, R.Behbudov, F.Əhmədova, M.Maqomayev, L.İmanov, Fidan və Xuraman Qasımovalar, R.Muradova, Z.Xanlarova və onların layiqli davamçıları olan gənc istedadlı vokal ifaçıları teatr divarları arasında yetişib püxtələşmişlər.
Qəmər Almaszadə, Leyla Vəkilova, Konstantin Bataşov, Rəfiqə Axundova, Vladimir Pletnyov, Çimnaz Babayeva Azərbaycan baletini bütün dünyada şöhrətləndirmişlər və onların Azərbaycan musiqi incəsənətinin inkişafındakı xidmətləri əvəzsizdir.
Dirijor pultu arxasında bir sıra məşhur Azərbaycan dirijorları Maestro Niyazi, Əşrəf Həsənov, Əfrasiyab Bədəlbəyli, Əhəd İsrafilzadə, Kamal Abdullayev, Rauf Abdullayev çalışmışlar.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından teatrla bağlı bir sıra dəyərli materialları sizə təqdim edirik.








Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.