az | ru | en

4 fevral 2025


NAZİM RZAYEV - 100
(14.02.1925 - 02.05.2006)


Bu gün görkəmli Azərbaycan dirijoru, Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, professor Nazim Əsədulla oğlu Rzayevin 100 illik yubileyidir.
Nazim Rzayev bütün yaradıcılıq fəaliyyəti boyu Azərbaycan bəstəkarlarının opera-simfonik, balet və kamera əsərlərinin ən fəal təbliğatçısı, rus və Qərbi Avropa klassiklərinin əsərlərinin gözəl təfsirçisi olmuşdur.
Nazim Rzayev Bakıda anadan olub. P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında skripka üzrə təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında skripkaçı kimi fəaliyyətə başlayıb, bir müddət sonra teatrda fəaliyyətini dirijor kimi davam etdirib. 1960-1963-cü illərdə Moskvada Böyuk Teatrda təcrübə keçib. 1964-1992-ci illərdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olub. Uzun müddət Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası), 1992-ci ildən etibarən isə Türkiyənin müxtəlif kollektivlərində və təhsil ocaqlarında professor çalışıb. Həyatının son illərində Türkiyənin Mersin Opera və balet teatrının baş dirijoru vəzifəsində çalışıb.
Azərbaycanın və SSRİ-nin Xalq artisti Nazim Rzayev Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasına görə Azərbaycan SSR Dövlət mükafatına, F.Əmirovun "Min bir gecə" baletinə görə SSRİ Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür.
Nazim Rzayev 2 may 2006-cı ildə Əskişəhərdə vəfat etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından görkəmli dirijor Nazim Rzayevin həyat və yaradıcılıq yolunu əks etdirən virtual sərgini sizə təqdim edirik.








Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.