az | ru | en

19 dekabr 2024




Bu gün tanınmış Azərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin 81 yaşı tamam oluê.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sevimli bəstəkarımız Fərəc Qarayevi ad günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, böyük yaradıcılıq uğurları arzu edir!
Fərəc Qarayev 1943-cü il dekabrın 19-da Bakıda anadan olub. 1966-cı ildə məşhur Azərbaycan bəstəkarı, atası professor Qara Qarayevin kompozisiya sinfi üzrə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. 1971-ci ildə F.Qarayev elə onun sinfində aspiranturanı bitirib. F.Qarayev 1994-cü ildə professor elmi adını alıb. 1966-2003-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) kompozisiya, instrumentovka və polifoniyadan dərs deyib.
Fərəc Qarayev 1991-ci ildən Moskvada yaşayır. 1999-cu ildən P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur, 2003-2005-ci illərdə N.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının polifoniya kafedrasının professoru olub. 1994-1996-cı illərdə Moskva Müasir Musiqi Assosiasiyasının (MMA) vitse-prezidenti olub. 1995-ci ildən Bakıda təsis etdiyi "Yeni Musiqi" Müasir Musiqi Cəmiyyətinin prezidentidir. 1980-1994-cü illərdə "BaKaRA-ENSEMBLE'nin (Bakı) bədii rəhbəri olub. 1991-1992-ci illərdə A.Krupp Mədəniyyət Fondunun (Essen, Almaniya) təqaüdçüsü, 2007-2008-ci illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Zamanla üz-üzə" layihəsinin bədii rəhbəri olub.
Fərəc Qarayev müxtəlif janrlarda təxminən 50-dən artıq əsərin müəllifidir. Bəstəkarlıq sənətinin bütün incəliklərinə bələd olan F.Qarayev bütün yaradıcılığı boyu müxtəlif musiqi üslubları və istiqamətlərinə müraciət edir, yaradıcı özəlliklərini itirmədən müxtəlif janrlarda əsərlər yaradır.
Fərəc Qarayev "Jîurnåy tî lîvå" mînîîpåràsı, "Qîbustàn kölgələri", "Kàlåydîskîp" bàlåtləri, "İntizàrdà..." - tåàtr səhnəsində ifà üçün musiqi, iki îrkåstr üçün Triståssà II, kàmårà îrkåstri üçün Triståssà I (Vidà simfîniyàsı), simfînik îrkåstr üçün 1791, fp. və kàmårà îrkåstri üçün Kînsårt, îrkåstr və sîlî viîlinî üçün Onun Kînsårt, simli kvàrtåt üçün "In måmîriàm..." süitàsı (À.Bårg'ə ithàf), müõtəlif instrumåntàl ànsàmbllàr üçün: "...à crumb îf music fîr gåîrgå crumb", "Klangå åinår tràurigån nàcht", "...àllà nîstàlgià", "Dår stànd dår dingå", "Ist åst gånug?..", "Õütbə, muğàm və surə", "Cànciîn då cunà", "Bàbil gülləsi", Pîstludiî I-Õ (müõtəlif sîlî àlətlər və instrumåntàl håyətlər üçün); "... måssåur båå linå - åccåntric və yà siz hələ sàğsınız, cənàb nàzir?" (müõtəlif sîlî àlətlər və instrumåntàl håyətlər üçün vårsiyàlàr); iki ifàçı üçün sînàtà, "Dråi bàgàtållån" (fp. və 5 (6) àlət üçün), sîlî viîlînçål üçün "Tårminus" və s. əsərlərin müəllifidir.
musiqisi MDB, Avropa, Cənubi Amerika ölkələri, ABŞ, Yaponiyada keçirilən müxt&və konsertlərdə ifa olunur.
#601;lif festival Fərəc Qarayev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaxın dostudur. Vətənə gəlişləri zamanı muzeyimizin tədbirlərində - görüşlər, mühazirələrdə yaxından iştirak edir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyinin yaradılması və 2018-ci ildə açılışında yaxından iştirak etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında qorunub saxlanılan Fərəc Qarayevə aid bəzi materialları sizə təqdim edirik.








Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.