az | ru | en

18 sentyabr 2024


MİLLİ MUSİQİ GÜNÜ


18 sentyabr ölkəmizdə Milli Musiqi Günüdür. Hər il olduğu kimi bu il də musiqi bayramı ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi xalqımızı, bütün musiqisevərləri musiqi bayramı münasibətilə təbrik edir.
Səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyi və əməkdaşları, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının və musiqi ictimaiyyətinin nümayəndələri ilə birlikdə Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarını ziyarət etmişlər.
18 sentyabr – Milli Musiqi Günü münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi silsilə tədbirlər keçirəcəkdir.
Bu gün muzeyimizdə və bütün filiallarımızda Açıq qapı günüdür. Şəhərimizin sakinləri və qonaqlarını muzeylərimizə dəvət olunub. Artıq səhər saatlarından muzeyə ziyarətçi axını başlayıb.
Saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə birlikdə Milli Musiqi Gününə həsr olunmuş konsert keçiriləcəkdir.








Ümumi xəbərlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.