az | ru | en

18 sentyabr 2024




18 sentyabr Azərbaycanın dahi bəstəkarı, peşəkar musiqi sənətimizin banisi, musiqişünas-alim, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olduğu gündür. Ümummilli lider Heydər Əliyevin Üzeyir bəyin 110 illiyi münasibətilə 1995-ci ildə imzaladığı fərmana əsasən, böyük bəstəkarın doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Hər il bu münasibətlə silsilə tədbirlər keçirilir. Bu tədbirlərin ən yaddaqalanı isə, sözsüz ki, 2009-cu ildən ənənəvi təşkil olunan, Üzeyir bəyin adını daşıyan beynəlxalq musiqi festivalıdır.
18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında keçiriləcək Ənənəvi musiqi və rəqs beynəlxalq şurasıın elmi simpoziumun iştirakçıları, professorlar, doktorlar Salva Elşavan Kastelo-Branko (NOVA Universiteti, Portugaliya), Raziya Sultanova (Kembric Universiteti, Böyük Britaniya), Saida Yelemanova (Qazax Milli Konservatoriyası, Qazaxıstan), Feza Tansuğ (İstanbul, Türkiyə), sənətşünaslıq üzrə fəlsəfə doktorları Sənubər Bağırova (AMEA, Azərbaycan) və Fəttah Xalıqzadə muzeyin filialı olan Qara Qarayevin Ev Muzeyini ziyarət etmişlər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova qonaqlara ətraflı məlumat vermişdir.








Ümumi xəbərlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.