2 sentyabr 2024
QARA QARAYEVİN ƏSƏRLƏRİNİN YAPONİYADA YENİ NƏŞRİ
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Yaponiyada nəşr olunmuş və 3 dildə - Azərbaycan, ingilis və yapon dillərində əsərlərin adları olan, Azərbaycan və Yapon dillərində ön söz və şərhlərlə müşayiət olunan Qara Qarayevin fortepiano əsərlərinin notlarını əldə edib (Q.Qarayev. Fortepiano əsərləri. - Zen-On Music Company, - 2021, - 57 s.). Bu, həmin nəşriyyat tərəfindən çap olunmuş Qarayevin notlarının üçüncü nəşridir. Giriş sözünün müəllifi Fərəc Qarayevdir, bəstəkar haqqında Marianna Vısotskaya yazıb, əsərlərə şərhlər isə Yaponiyada yaşayan Gülnarə Səfərovanındır. Bundan əvvəl həmin nəşriyyat Qara Qarayevin "Simli kvartet", "Yeddi gözəl" baletindən süita və "Don Kixot" simfonik qravürlərinin partituralarını nəşr edərək muzeyə göndərmişdir, həmin əsərlərin təqdimatı muzeyin filialı olan Qara Qarayevin Ev-Muzeyində keçirilmişdir.
Ümumi xəbərlər
|