17 sentyabr 2013
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun “İçərişəhər” Tarixi Muzeyi ilə birlikdə 18 sentyabr- Milli Musiqi Gününə həsr olunmuş Üzeyir Hacıbəylinin “Arşın Mal Alan-100” tədbiri
YUNESKO Baş konfransının qərarı ilə Dünya musiqi sənətinin ən populyar əsərlərindən sayılan, müsəlman Şərqinin isə ilk operettası olan “Arşın mal alan”ın 100 illik yubileyi 2013-cü ildə dünya miqyasında qeyd edilir. Bununla bağlı, 17 sentyabr 2013-cü il tarixində saat 15:00 da Kiçik Karvansaray “Art Garden” də “İçərişəhər” Tarixi Muzeyi Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyi ilə birgə Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin ad gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə “İçərişəhər” Tarixi Muzeyinin direktoru Elxan Haqverdiyev açdı. Tədbirin açılışında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova, Əzim Əzimzadənin ev muzeyinin direktoru İradə Əzimzadə, Marionet Teatrının direktoru Tərlan Qorçiyev, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edmişdirlər.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi, “Arşın mal alan” operettasına həsr olunmuş slayd-şou nümayiş olunmuşdur, Marionet Teatrının “Arşın mal alan“ tamaşası əsasında hazırladığı kuklalardan ibarət sərgi göstərilmişdir, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər - Azərbaycan xalq artisti Məcnun Kərim, konsertmeyster - Azərbaycanın əməkdar artisti Munis Şərifov), Bakı Musiqi Akademiyasının tələbəsi Dilarə Əliyeva, “Günay” Uşaq Teatrı çıxış edmişdirlər.
Tədbirlər
|