az | ru | en

20 avqust 2013
Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Açıq qapı” günü


20 avqust 2013-cü il tarixdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Açıq qapı” günü çərçivəsində tədbir keçirilmişdir.
Hər il oldüğü kimi, bu il də muzeyin kollektivi Fəxri xiyabanda maestronun xatirəsini yad edərək məzarı önünə əklil qoymuş, tər çiçəklər düzmüşlər. Saat 16:00-da isə Niyazinin mənzil muzeyində Maestronun anadan olma gününə həsr olunmuş rəsmi tədbir keçirilmişdir. Tədbiri Niyazinin mənzil muzeyinin müdiri Rza Bayramov açaraq Niyazinin Azərbaycan musiqisində rolu haqqında ətraflı çıxış etmişdir. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Niyazinin kinomusiqisi haqqında məlumat verdikdən sonra Azərbaycan Musuqu Mədəniyyəti Dövlət Muzeyinin fondlarında saxlanılan Niyazinin bəstəkarı olduğu “Kəndlilər” filmi və Niyazinin konsert fəaliyyətini əks etdirən video tamaşaçılara nümayiş olunmuşdur.
Çıxışlar Niyazıinin həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət slayd-şou ilə müşaiyət olunmuşdur. Daha sonra BMA-nın professoru, Əməkdar İncəsət xadimi, pianoçu Ülviyyə Hacıbəyova Niyazinin əsərlərini ifa etmişdir.
Tədbirdə müsiqişünaslar, musiqiçilər, muzey işçiləri və mediya nümayəndələri iştirak etmişdir. Tədbir kütləvi-informasiya vasitələrində ətraflı işıqlandırılmışdır.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.