az | ru | en

3 aprel 2013
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc vokalçı, beynəlxalq müsabiqələr laureatı Ramil Qasımovun konserti


3 aprel 2013-cü il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq gənc vokalçı, Beynəlxalq müsabiqələr laureatı Ramil Qasımovun konserti keçirilmişdir. Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Qurbanova çıxış etmişdir.
Tədbirdə Ramil Qasımovun ifasında Azərbaycan xalq və bəstəkar mahnılarından ibarət geniş konsert proqramı, həmçinin onun operalardan ifasının videofraqmentləri təqdim olunmuşdur. Sonra Ramil Qasımov yaradıcılığı haqqında tamaşaçıları maraqlandıran sualları cavablandırmışdır.
Tədbirin iştirakçıları Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin və televiziyanın nümayəndələri və və başqaları olmuşlar.

Konsertinin proqramı

İfa edir: Ramil Qasımov.

1. Xalq mahnısı “Ay sallanıb gələn yar”
Müşayət edir: Bakı Musiqi Akademiyasının tələbəsi Tural Qasımov

2.“Ahu kimi”

3. “Üç telli durna”

4. Rəşid Şəfəq. “Ana” operasından ariya. Eyniadlı dram əsərinin motivləri əsasında
İfa edir: müəllif

5. “İki əmi qızı”
Müşayət edir: Bakı Musiqi Akademiyasının tələbəsi Tural Qasımov

6. Cahangir Cahangirov. “Alagöz”

7. Vasif Adıgözəlov. “Qərənfil” romansı





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.