6 mart 2013
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc istedadların konserti
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə tədbirlərin başlanğıcı kimi gənc istedadların konserti keçirilmişdir. Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir.
Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət geniş konsert proqramı təqdim edilmişdir.
Tədbirin qonaqları Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin və televiziyanın nümayəndələri olmuşlar.
Konsertinin proqramı
1. Lüdviq Van Bethoven 7 ¹-li Sonata (I hissə). İfa edirlər: Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü Mustafa Mehmandarov ( skripka), Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq Müsabiqələr laureatı Müşviq Quliyev (fortepiano)
2. Friderik Şopen 2 ¹-li “Vals”. İfa edir: Beynəlxalq Müsabiqə laureatı Həmidə Rzayeva (fortepiano)
3. Jül Massne “Düşüncə”. İfa edir: Bakı Musiqi Akademiyasının tələbəsi Ziba Rəcəbli (alt), Beynəlxalq Müsabiqələr laureatı Müşviq Quliyev (fortepiano)
4. Friderik Şopen 4 ¹-li “Ballada”. İfa edir: Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, Respublika Müsabiqələri laureatı Qəmər Mahmudova (fortepiano)
5. Qara Qarayev “Matəm odası” (M.Mehmandarovun simli alətlər üçün işləməsi). İfa edir: Bakı Musiqi Akademiyasının Simli ansamblı
6. Asəf Zeynallı “Muğam sayağı” (Niyazinin işləməsi, M.Mehmandarovun köçürməsi). İfa edir: Bakı Musiqi Akademiyasının Simli ansamblı
Tədbirlər
|