25 yanvar 2013
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının (1908) 105 illiyi münasibətilə Əhsən Rəhmanlinin“ Səhnəmizin Məcnunu Baba Mahmudoğlu” kitabının təqdimatı mərasimi
25 yanvar 2013-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının (1908) 105 illiyi münasibətilə Əhsən Rəhmanlinin “Səhnəmizin Məcnunu Baba Mahmudoğlu” kitabının təqdimatı mərasimi keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Qurbanova çıxış etmişdir. Sonra söz tədbirin aparıcısı şair-publisist, Rəsul Rza adına mükafatı laureatı, “Kredo” qəzetinin redaktoru Əlirza Xəlifəliyə verildi. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, jurnalist Fəridə Ləman, sənətşünaslıq üzrə fəlsəfə doktoru Abbasqulu Nəcəfzadə, xalq artisti Canəli Əkbərov, Azərbaycan Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Elxan Məmmədli, Baba Mahmudoğlunun dostu Çingiz Fərəcov, yazıçı Nahid Hacıyev, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, Baba Mahmudoğlunun həyat yoldaşı Amaliya xanım Cəfərzadə, “Səhnəmizin Məcnunu Baba Mahmudoğlu” kitabının müəllifi Əhsən Rəhmanlı çıxış etmişlər. Tədbir iştirakçılarına maraqlı konsert proqramı təqdim edilmişdir.
- Xalq mahnısı “Naxışbəstə”
- Xalq mahnısı “Qaragilə”
İfa edir : Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinın Qədim Musiqi Alətləri Ansamblının solisti , əməkdar artist Nuriyyə Hüseynova
- Xalq mahnısı “Nazlana-Nazlana”
- Xalq mahnısı “Pəncərədən daş gəlir”.
İfa edir : Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının solisti, əməkdar artist Teyyub Aslanov
- “Çahargah sayağı”.
İfa edir : Baba Mahmudoğlu adına Xalq Çalğı Alətləri Ansamblı , bədii rəhbər Əhsən Rəhmanlı
- ”Vilayəti” təsnifi.
İfa edir : Opera studiyasının solisti Rafiq Əliyev
- Aşıq havası.
İfa edir : Aşıq Ruslan Əmiraslanov
Tədbirlər
|