28 sentyabr 2012
Müslüm Maqomayev - 70
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra söz tədbirin aparıcısı musiqişünas, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovaya verilmişdir. Onun çıxışı muzeyin hazırladığı Müslüm Maqomayevin yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunmuşdır. “Oxuyur Müslüm Maqomayev”filmindən kadrlar nümayiş olunmuşdır.
Tədbirdə kinorejissorlar Eldar Quliyev, Tofiq İsmayılov və Qərb Universitetinin müəllimi Yevgeniya Aşurlı çıxış etmişlər.
Muzeyin foyesində muzey materialları əsasında hazırlanmış Müslüm Maqomayev – 70 foto-sərgisi, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Aysel Əlizadənin “Müslüm Maqomayev-70” qrafik -dizayn sərgisi, Qərb Universitetinin tələbələrinin (müəllim Yevgeniya Aşurlı) hazırladıqları plakatlar, qobelenlər nümayiş etdirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli mügənni, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr olunmuş tədbirin konsert proqramı.
Müslüm Maqomayev. “Şah İsmayıl” operasından duet
ifa edirlər: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri: İlahə Əfəndiyeva və əməkdar artist Səbuhi İbayev, müşayiət edir: Roza Məmmədova (f-no)
Coakkino Rossini. “Sevilya bərbəri” operasından Fiqaronun ariyası
ifa edir: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Tural Ağasiyev, müşayiət edir: Nərminə Nağıyeva (f-no)
İtalyan mahnısı “Aşiq olmuş əsgər”
ifa edir: MTN-nin musiqi məktəbinin vokal şöbəsinin V sinif şagirdi İbrahim Nəsrullayev, müşayiət edir: Anna Birükova (f-no)
Çezare Andrea Biksio “Mamma”
ifa edir: İbrahim Nəsrullayev
Tədbirlər
|