az | ru | en

8 avqust 2022

“ŞUŞA MUSİQİÇİLƏRİ”


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqi beşiyi, musiqi məbədi olan Şuşanın musiqiçiləri haqqında “Şuşa musiqiçiləri” rubrikasına davam edir.
Bu gün müğənni, pedaqoq, Azərbaycan professional vokal məktəbinin banisi Bülbül (22.06.1897, Şuşa - 26.09.1961, Bakı) haqqında qısa məlumat və muzeyin kolleksiyasından müğənniyə aid bəzi materiaları təqdim edirik . Bülbül Azərbaycan Dövlət Konservatoriyasında (1921-1927) və İtaliyada (1927-1931) təhsil almış, xalq xanəndəsindən vokal sənətinin görkəmli ustası kimi yaradıcılıq yolu keçmiş, öz yaradıcılığı ilə milli və dünya vokal sənətini zənginləşdirmişdir. O, Azərəbaycan milli ifaçılıq sənətinin ən gözəl ənənələrini rus və Avropa ifaçılıq məktəbi ilə sintezləşdirmişdir.
Müğənni “Aleko”, “Toska”, “Riqoletto”, “Koroğlu” və s. operalarda baş rolları ifa etmişdir.








Şuşa musiqiçilərinə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.