az | ru | en

28 iyul 2022

MUZEYİ PEŞƏKARDAN ÖYRƏNƏK


28 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək” adlı layihəsi çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin direktor müavini Təranə Qurbanova, baş mühafiz Sevinc Əliyeva, şöbə müdiri Nigar Xankişiyeva, aparıcı elmi işçi Raminə Məmmədova Sumqayıt şəhərində oldular. Sumqayıtın Tarixi Muzeyində keçirilən təlim-seminarda Sumqayıt Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Ev Muzeyləri və Heydər Əliyev Mərkəzinin direktorları, fond mühafizləri, elmi işçiləri iştirak edirdilər. Ümumilikdə, təlim-seminarda 11 mədəniyyət müəssisəsindən 27 əməkdaş iştirak etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, “Muzey sahəsində müasir çağırışlar”, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi-55” təqdimatı, “Dünya muzeyləri”, baş mühafiz Sevinc Əliyeva fond və mühafizə işi, aparıcı elmi işçi Raminə Məmmədova muzeydə tətbiq edilən KAMİS-kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi haqqında çıxış etdilər. Sumqayıtın Tarixi Muzeyinə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşr etdirdiyi elmi nəşrləri – kitablar, notlar, bukletlər və sairə hədiyyə edildi. Qeyd edək ki, layihənin digər regionlar - Ağstafa və Bərdədə təşkili nəzərdə tutulmuşdur.








Tədbirlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.