az | ru | en

21 iyul 2022



Bu gün Fransada yaşayan məşhur pianoçu, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə xanım Əliyevanın ad günüdür.
Adilə xanım Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaxın dostudur. Vətənə hər gəlişində muzeyimizi mütləq ziyarət edir, musiqisevərlərin görüşünə gəlir, muzeydə və filiallarımızda keçirilən tədbirlərdə həm tamaşaçı kimi, həm də ifaçı kimi yaxından iştirak edir.
Bu günlərdə Azərbaycan əsilli tanınmış musiqiçi Adilə Əliyeva Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə ölkənin ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sevimli Adilə xanım Əliyevanı ad günü və yüksək “Fəxri Legion” ordeni ilə təltif olunması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, böyük yaradıcılıq, ictimai və diaspor fəaliyyətində davamlı uğurlar arzu edir.








Ümumi xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.