az | ru | en

15 iyul 2022

“ŞUŞA MUSİQİÇİLƏRİ”


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqi beşiyi, musiqi məbədi olan Şuşanın musiqiçiləri haqqında “Şuşa musiqiçiləri” rubrikasına davam edir.
Bu gün Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, musiqi xadimi, pedaqoq, Azərbaycanın Xalq artisti, Əməkdar müəllim Seyid İbrahim oğlu Şuşinski (12 aprel 1889, Horadiz, Şuşa qəzası – 1 noyabr 1965, Bakı) haqqında qısa məlumatı və muzey kolleksiyasından xanəndəyə aid bəzi materialları təqdim edirik.
Seyid Şuşinski 1907-ci ildə Şuşada Mir Möhsün Nəvvabın musiqi məktəbində təhsil almışdır, onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük rolu olmuşdur. Seyid Şuşinski “Çahargah”, «Mahur», «Nəva», «Məsnəvi», «Osmanı», «Arazbarı», «Heyratı» kimi muğamların gözəl ifaçısı idi. Cabbar Qaryağdıoğlu onu «Şərq musiqisinin incisi» adlandırıb. S.Şuşinskinin görkəmli bəstəkar Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı «Şur» və «Kürdi-Ovşarı» simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdu.








Şuşa musiqiçiləri








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.