5 iyul 2022
“ŞUŞA MUSİQİÇİLƏRİ”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqi beşiyi, musiqi məbədi olan Şuşanın musiqiçiləri haqqında “Şuşa musiqiçiləri” rubrikasına davam edir.
Bu gün dahi bəstəkar, musiqişünas, alim, pedaqoq, SSRİ xalq artisti (1938) Üzeyir Hacıbəyli (1885, Şuşa - 1948, Bakı) haqqında qısa məlumatı və muzeyin zəngin kolleksiyasında saxlanılan bəzi materialları təqdim edirik.
Üzeyir Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929; 1939-1948) olmuşdur. 7 operanın, o cümlədən “Leyli və Məcnun” (1908) və “Koroğlu” operalarının (1937), üç musiqili komediyanın, kantata, uvertüra, romans və mahnıların, Azərbaycan Respublikası Dövlət Himninin (1918) müəllifidir. “Azərbaycan xalq musiqisinin əsasları” elmi-tədqiqat işinin (1945) müəllifidir.
Şuşa musiqiçiləri
|