az | ru | en

4 iyul 2022



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və filialları maraqlı eksponatlarla, musiqi mədəniyyətimizi əks etdirən materiallarla zəngindir. Muzeyimizi məktəblilər, tələbələrlə yanaşı turistlər də ziyarət edirlər.
Bu günlərdə muzeylərimizdə olmuş bəzi ziyarətçilərimizlə sizi tanış etmək istəyirik.
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Surqut şəhərindən olan turistlər (27.06.2022), Bakı məktəbliləri (28.06.2022), “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi”nin işçiləri (02.07.2022), Türkiyənin Ankara şəhərindən və Səudiyyə Ərəbistanından (03.06.2022) Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ölkəmizin musiqi tarixini özündə geniş əks etdirən əşyalar, “Şuşa musiqiçiləri” sərgisinin eksponatları ilə tanış olmuş və hədsiz maraqla qarşılamışlar. Bunu ziyarətçilərin muzeyin rəy kitabına yazdıqları qeydlərdə görmək olar.
“ASAN Könüllüləri”(30.06.2022), 34 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri (01.07.2022) muzeyin filialı olan Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkar Qara Qarayevin həyatı və zəngin yaradıcılıq yolu haqqında ətraflı məlumat almış, bəstəkarın əsərlərindən fraqmentlər dinləmək imkanı əldə etmişlər.








Tədbirlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.