az | ru | en

24 iyun 2022



24 iyun 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Azərbaycan Respublikası ilə İsveç Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə (8 may 1992) həsr olunmuş növbəti konsert keçirilmişdir.
Konsertdən əvvəl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamil və Qara Qarayevin Ev Muzeyinin müdiri Züleyxa Bağırova-Qarayeva çıxış etmişlər.
Konsertdə İsveçli musiqiçilər Alexandra Büchel (vokal), Fredrik Zetterström (vokal), Ludvig Nilsson (fortepiano) və Azərbaycan musiqiçiləri - Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova (fortepiano), Əməkdar artist Fəridə Məmmədova (vokal), Beynəlxalq və Respublika müsabiqələri laureatları Mahir Tağızadə (vokal), Kamran Talıblı (fleyta), Cəmalə Abdinzadə (fortepiano), Zəhra Cahan Şıxəliyevanın (fortepiano) ifalarında görkəmli Azərbaycan və İsveç bəstəkarlarının əsərləri səslənmişdir.
Konsertdən sonra səfir Kristian Kamil ifaçılara təqdim etdikləri gözəl musiqi bayramı və musiqi təntənəsinə görə minnətdarlığını bildirdi. Daha sonra musiqişünas, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə muzeydə təşkil olunmuş konsert haqqında təəssüratlarını bölüşdü, gözəl musiqiçilərin ifasında hər bir musiqi nömrəsinin dinləyicilər üçün yeni bir səs aləmi açdığını bildirdi.








Tədbirlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.