az | ru | en

21 iyun 2022
VOKAL SƏNƏTİNİN ÖLMƏZ BÜLBÜLÜ - 125


21 iyun 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçi alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı Laureatı Bülbülün anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Qurbanova tədbiri giriş sözü ilə açmışdır. Muzeyin şöbə müdiri Xanım Abdinova Azərbaycan vokal sənətinin zirvəsi olan Bülbülün həyatı və parlaq yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği yolunda əvəzolunmaz xidmətləri haqqında çıxış etmişdir. Onun çıxışı muzeyin zəngin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur. Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımov Bülbülün vokal məktəbi haqqında danışmış, öz ustadı Xalq artisti Mobil Əhmədovun Bülbül haqqında xatirələrini tamaşaçılarla bölüşmüşdür.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri: Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist, Prezident mükafatçısı Ələkbər Əliyev, Roza Səlimova və Ceyran İsayevanın ifalarında konsert proqramı təqdim olunmuşdur. Tədbirdə Bülbülün ifaları olan videoyazılar və sənədli videoçarxlar nümayiş olunmuşdur.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.