az | ru | en

28 may 2022

"28 MAY - MÜSTƏQİLLİK GÜNÜ" MÜNASİBƏTİLƏ TƏDBİR


Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. Bütün müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli dövlət quruculuğumuz bərqərar edilmişdir. İstiqlal bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi ölkəmizdə "Müstəqillik Günü" kimi qeyd olunur.
Müstəqillik gününün 104-cü ildönümünə həsr olunmuş tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açmışdır.
Tədbirdə Azərbaycanda Müstəqillik gününə həsr olunmuş videoçarx nümayiş olunacaq, muzeyin böyük elmi işçisi Aynur Müfidzadə “Azərbaycan Xalq Cumhuriyyəti dövründə mədəniyyətimiz” mövzusunda çıxış etmişdir.
Bədii hissədə muzeyin Qədim Musiqi Alətləri Ansamblının və solistlər: Xalq artisti Teyyub Aslanovun, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında konsert proqramı təqdim olunmuşdur. Daha sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında "Şuşa ili" elan edilməsi haqqında sərəncamına əsasən muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış "Şuşa musiqiçiləri" sərgisi ilə tanış olmuşlar.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt Digital Age şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.