18 may 2022
"ŞUŞA MUSİQİÇİLƏRİ" SƏRGİSİNİN AÇILIŞI
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeylərin gücü" devizi altında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında "Şuşa ili" elan edilməsi haqqında sərəncamına əsasən muzeyin zəngin kolleksiyaları əsasında "Şuşa musiqiçiləri" sərgisinin açılışı keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Muzey, Qalereya və Sərgilər şöbəsinin Sərgi və Qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə çıxış etmişdir.
Sonra muzeyin direktor muavini Təranə Zeynalova Şuşa musiqiçiləri, sərgidə nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat vermişdir.
Sərgidə XIX əsrin mütərəqqi xadimi, alimi, şairi, musiqişünası, rəssamı Mir Möhsün Nəvvabın şəxsi əşyaları, xanəndə Keçəçioğlu Məhəmmədin qavalı, ifaçı-musiqiçi Məşədi Cəmil Əmirovun, xanəndələrdən Cabbar Qaryağdıoğlunun, Məşədi Məmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Zülfü Adıgözəlovun, Xan Şuşinskinin, Əbülfət Əliyev və başqalarının sənəd, qramval və fotoşəkilləri, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Niyazinin, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun, Soltan Hacıbəyovun, Vasif Adıgözəlovun, Polad Bülbüloğlunun not əlyazmaları və digər materialları nümayiş olunur.
Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının, "Muğam" müsabiqəsinin qalibləri Nisbət Sadrayeva, Xəyal Hüseynov, Əməkdar artist Zaur Əmiraslanovun ifalarında konsert proqramı təqdim olunmuşdur.
01;rkəzi İncəsənət Məktəbinin direktoru, dosent, Əməkdar artist Əziz Qarayusifli çıxış etmişdir.
Tədbirlər
|
|