az | ru | en

28 aprel 2022
AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNDƏ YUBİLEY


28 aprel 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın yubiley tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktor müavini Təranə Zeynalova açmış, muzey kollektivinin adından təbrik etmiş, Alla Bayramovanın muzey sahəsində və elmi fəaliyyəti haqqında danışmışdır. Muzey tərəfindən hazırlanmış təbrik slayd-şousu nümayiş etdirilmişdir. Təbrik nitqləri ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey və Daşınar Mədəni İrs Sektorunun müdiri Altun Mikayıllı, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, Abdulla Şaiq Ev Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat Şöbəsinin müdiri Çingiz İbrahimov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin Ev Muzeyinin müdiri Afaq Əliyeva çıxış etmişlər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri və konsertmeysteri, Xalq artisti Munis Şərifov, ansamblın solisti, Əməkdar artist Nuriyyə Hüseynova Alla xanımı təbrik etmiş, ansamblın ifasında konsert proqramı səslənmişdir.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.