18 aprel 2022
18-20 aprel 2022-ci il tarixlərində Rusiyanın Yekaterinburq şəhərində yerləşən Ural Federal Universitetində "Qloballaşma dövründə komparativ filoloji tədqiqatlar" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilir. Konfransın ilk günü konfransın işinə onlayn qoşularaq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmləri doktoru, Qərbi Kaspi Universitetinin dosenti Alla Bayramova "Tərcümədə baş verən kazusları müşahidə edərkən" mövzusunda məruzə ilə çıxış etmiş və konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, A.Bayramova bu konfransın həm də Beynəlxalq proqram komitəsinin üzvüdür.
Konfransın işində ABŞ, Böyük Britaniya, Rusiya, Macarıstan, Belarus, Qazaxıstan və digər ölkələrdən 90-a yaxın alim və mütəxəssislər iştirak edirlər.
Tədbirlər
|
|