10 mart 2022
10 MART MİLLİ TEATR GÜNÜDÜR
XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulmuşdur. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.
Milli musiqili teatrın yaranma tarixi isə Üzeyir Hacıbəylinin 1908-ci ilin yanvarın 12-də (25-də) H.Z.Tağıyevin teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində opera və baletlərdən, musiqili komediyalarından arxiv materialları qorunub saxlanılır.
Bu gün milli musiqi teatrının parlaq nümayəndəsi, ilk azərbaycanlı balerina, baletmeyster, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, pedaqoq, professor QƏMƏR ALMASZADƏNİN (10.03.1915 - 07.04.2006) doğum günü ilə əlaqədar balerinaya aid bəzi materialları təqdim edirik.
Ümumi xəbərlər
|