az | ru | en

3 mart 2022
3 MART TARİXİNDƏ “KARMEN” OPERASI İLK DƏFƏ TAMAŞAYA QOYULMUŞDUR.


1875-ci il 3 mart tarixində böyük fransız bəstəkarı Jorj Bizenin “Karmen” operası ilk dəfə Parisin "Komik opera" teatrında tamaşaya qoyulmuşdur. Həmin vaxtdan etibarən “Karmen” operası ən repertuarlı əsər kimi dünya səhnələrinin bəzəyi kimi qalır. Bu opera XIX əsrin opera realizminin zirvələrindən biridir, dünya mədəniyyətinə əvəzsiz tövhədir.
Böyük tamaşaçı rəğbəti qazanmış “Karmen” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində mütəmadi olaraq tamaşaya qoyulur.
Sizə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında Jorj Bizenin “Karmen” operasına aid saxlanılan və nümayiş olunan materiallardan bəzilərini, tamaşada istifadə olunan navaxanı və “dünyanın ən gözəl Karmeni” kimi tanınan opera müğənnisi, Xalq artisti Fatma Muxtarovanın (1893-1972) obrazda fotoşəkilləri, şalını təqdim edirik.








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.