2 mart 2022
“NİYAZİ-110”
Niyazinin gərgin yaradıcı əməyinin mərkəzi onun iş otağı idi. Maestro Niyazinin gündəlik işi, partituraların öyrənilməsi, valların dinlənilməsi, Azərbaycan və xarici müəlliflərin yeni əsərləri ilə tanışlıq, saatlarla piano arxasında oturaraq yaradıcılıq axtarışları, məhz bu otaqda baş verirdi.
Kabinetdə Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin: ABŞ, Türkiyə, Çin, Monqolustan, Çexoslovakiya, Peru və digər ölkələrin görkəmli musiqi və ictimai xadimlərinin foto-şəkilləri ilə bəzədilmiş divar xüsusilə diqqəti cəlb edir.
Həmin divarın həm Niyazinin yaşadığı zamankı, həm də hal-hazırda nümayiş olunan foto-şəkillərini sizə təqdim edirik.
Rubrikalar
|
|