az | ru | en

28 fevral 2022
Eldar Mansurov - 70 (28.02.1952)


Bu gün tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurovun doğum günüdür.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi sevimli bəstəkarımızı 70 illik yubileyi və “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, böyük yaradıcılıq uğurları arzulayır.
Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi, Xalq artisti, tarzən Bəhram Mansurovun (12.02.1911-14.05.1985) ailəsində anadan olmuşdur.
1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından neçə nəsil musiqiçi, milli musiqi təəssübkeşi yetişdirən Mansurovlar ailəsinə, o cümlədən Eldar Mansurova aid materiallardan bəzilərini sizə təqdim edirik.








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.