27 iyun 2012
Görkəmli bəstəkar, xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə görüş
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmiş, qeyd etmişdir ki, bu gün muzeyimizə bəstəkar Alban Berqin xatirəsinə fortepiano üçün Sonatanın müəllif not əlyazmasını (1970) hədiyyə edəcəkdir. Əsər haqqında musiqişünas, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Həcər Babayeva danışdı. Həmin əsəri pianoçu, Beynəlxalq müsabiqə laureatı Teymur Şəmsiyev ifa etmişdir. Sonda Firəngiz Əlizadə Alban Berqin xatirəsinə fortepiano üçün Sonatanın müəllif not əlyazmasını, həmçinin disk və notu Alla Bayramovaya hədiyyə etmişdir.
Tədbirin qonaqları Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KIV-nin və televiziyanın nümayəndələri və başqaları olmuşlar.
Tədbirlər
|