20 yanvar 2022
20 YANVAR FACIƏSİNİN 32-CI İLDÖNÜMÜ
19 yanvar 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Daha sonra muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva “Tariximizin qəhrəmanlıq səhifəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda çıxış etmişdir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Respublika və Beynəlxalq Müsabiqə Laureatı Elşən Məmmədov (vokal), Azərbaycan Milli Konservatoriyasının tələbələri, Respublika və Beynəlxalq Müsabiqə laureatları Hüseyn Nağıyev (kamança), Cəmalə Abdinzadə (f-no) və Beynəlxalq Müsabiqə Laureatı Əli Vahidovun (f-no) ifalarında “20 Yanvar Şəhidlərinin xatirəsinə ithaf” adlı konsert proqramı təqdim olunmuşdur. Bütün çıxışlar 1990-cı il 20 yanvar hadisələrini əks etdirən kadrlar və slayd-şou ilə müşayiət olunmuşdur. Tədbir bəstəkar Rauf Əliyevin yanvar şəhidlərinin xatirəsinə həsr etdiyi “Azadlığa gedən yollar” adlı böyük simfonik orkestr və qarışıq xor üçün odasının videoyazısının nümayişi ilə davam etmişdir.
Tədbirlər
|