az | ru | en

7 dekabr 2021
TÜRKİYƏDƏ MAESTRO NİYAZİ HAQQINDA KİTAB İŞIQ ÜZÜ GÖRMÜŞDÜR


Türkiyənin “Net Kitaplık” nəşriyyatında gənc musiqişünas Ecem Tuğçe Akbulutun “Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan və Türkiyə münasibətlərində mədəniyyət elçisi” adlı monoqrafiyası türk dilində nəşr olunub.
Zəngin mənbələr və sənədlər əsasında yazılmış və üç fəsildən ibarət olan bu monoqrafiyada keçmiş sovet dövründə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin əhəmiyyətli məqamları çoxsaylı mənbələr əsasında tədqiq edilir, maestronun uşaqlıq və gənclik illəri, yaradıcılıq dövrü, dirijorluq sənətinə aparan yol nəzərdən keçirilir, həm də Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin dahi sənətkarın musiqi mirasına və xatirəsinə verdiyi əməli qiymət konkret faktlarla xüsusi olaraq nəzərə çatdırılır. Niyazinin 1960 və 1980-ci illər arasında Türkiyədə yaradıcılıq fəaliyyəti, Niyazinin Türkiyədə çalışdığı dövr ərzində dirijorluq etdiyi musiqi əsərləri haqqında məlumat verilir, onun Nazim Hikmət, Adnan Sayqun, Cəmal Rəşid Rey, İdil Biret kimi türk ziyalıları və incəsənət xadimləri ilə münasibətləri xüsusi şəkildə təhlil edilir. Müəllif tərəfindən Niyazinin Türkiyədəki yaradıcılığı həm türk simfonik musiqisinin inkişafı kontekstində, həm də sovet dövründə Azərbaycan-Türkiyə mədəni münasibətlərində oynadığı əhəmiyyətli rol baxımından dəyərləndirilir.
200 səhifədən ibarət kitabda Niyazinin Türkiyədəki fəaliyyət dövrünü əks etdirən fotosalnamə oxuculara təqdim edilir. Qeyd olunmalıdır ki, kitabda təqdim olunan bir çox materiallar, o cümlədən 28 fotodan 22-si Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materiallarıdır.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.