az | ru | en

3 dekabr 2021
NİZAMİ GƏNCƏVİYƏ HƏSR OLUNMUŞ YENİ NƏŞRLƏRİN TƏQDİMATI


3 dekabr 2021-ci il tarixində saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində “Nizami Gəncəvi ili” çərçivəsində muzeyin direktoru Alla Bayramovanın həmmüəllif AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı olduğu “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” kitabının (Alla Bayramova, Rauf Şeyxzamanlı. Musiqi Nizami "Xəmsə"sinin səhifələrində. - Gəncə: "Elm" nəşriyyatı, - 2021, - 162 s.) və “Nizami və musiqi” beynəlxalq onlayn konfransının materiallar toplusunun (Nizami və musiqi. Məqalələr toplusu. Elmi redaktor A.H.Bayramova. Bakı: Orxan NPM. – 2021, – 304 s.) təqdimatı olmuşdur.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Alla Bayramovanın çıxışı Qara Qarayevin “Payız” romansı və “Yeddi gözəl” baletinə yazılmış musiqisi ilə muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Nizami və Musiqi” beynəlxalq onlayn konfransında nümayiş etidirilən slayd-şou ilə müşayiət olunmuşdur. Sonra söz AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynova verilmişdir. Təqdimatda Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə çıxış etmişdir.
Bədii hissədə Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova, İlham Nəzərovun və Beynəlxalq müsabiqələr laureatı, pianoçu Svetlana Əhmədovanın ifalarında Nizaminin sözlərinə Azərbaycan bəstəkarlarının vokal kompozisiyaları səslənmişdir.
Təqdimatın sonunda iştirakçılara “Nizami və musiqi” məqalələr toplusu hədiyyə olundu.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.